Bakıda narkotacir və səkkiz müştərisi saxlanılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən Bülbülə qəsəbəsində yaşayan 1981-ci il təvəllüdlü Cavid Bayramov tutulub.
Narkotik satışı ilə məşğul olan C.Bayramovun evindən 428 qram heroin, 2 kq qurudulmuş marixuana və 11 qram metamfitamin aşkar edilib.
Aparılmış araşdırmalarla ondan narkotik alan səkkiz müştərisi də saxlanılıb və onların üzərindən heroin aşkar edilərək götürülüb.
Belə ki, 1991-ci il təvəllüdlü Anar Səlimov, 1975-ci il təvəllüdlü Emil Əliyev, 1989-cu il təvəllüdlü Musa Əliyev, 1992-ci il təvəllüdlü Ülvi Mahmudov, 1976-cı il təvəllüdlü Səbinə Tanrıverdiyeva, 1997-ci il təvəllüdlü Fatma Tanrıverdiyeva, 2001-ci il təvəllüdlü Samir Tanrıverdiyev və 1989-cu il təvəllüdlü Novruz Seyfullayevdən müxtəlif çəkilərdə heroin aşkar edilərək götürülüb.
Müştərilərdən Fatma və Samir bacı-qardaş, Səbinə Tanrıverdiyeva isə onların anasıdır.
Narkotacir Cavid Bayramov əvvəllər də narkotik satışına görə məhkumluq yaşayıb.