Bərdə rayonu ərazisində inşa edilən Mədəniyyət Mərkəzindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-dən 25-dək olan müddətdə rayon ərazisində inşa edilən Mədəniyyət Mərkəzindən 27 min 600 manat dəyərində armatur oğurlanmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş V.Quliyev saxlanılıb.