Bakıda baş verən dəhşətli qətl hadisəsində ölənlərin şəxsiyyətləri müəyyənləşib.
Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətlə yetirilənlərdən biri qatilin bibisi, 1959-cu il təvəllüdlü Cavadova Tamilla, digəri isə nənəsi, 1932-ci il təvəllüdlü Simirzadə Cavadova adlı qadın olub.
İlkin məlumatlara görə, onlar həmin ünvanda birlikdə yaşayıblar. Hadisə bu gün saat 12 radələrində baş verib.
Kişi qurbanlarına çoxsaylı bıçaq zərbələri vuraraq, hadisə yerindən qaçıb.
Onun axtarışları aparılır.
* * * * *
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.
Belə ki, kişi qəsəbənin “D” massivi, bina 27, blok 6-da yaşayan nənəsini və bibisini öldürüb.
Cinayətin hansı səbəbdən və hansı şəraitdə baş verdiyi bilinmir.