Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə 8-ci km ərazisində qeydə alınıb.
İmişli rayon sakini, 24 yaşlı Cəfərov Mehdixan Rasim oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.