Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Trend”in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə G.Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Abşeron rayonunun Xırdalan şəhərində şəhər sakini, 27-ci məhəllə, ev 2, mənzil 9-da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin R.Hüseynovun sevgilisi Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Günel Qasımova sabiq polis əməkdaşı olub.