Tovuz rayonunun Qovlar şəhərində bıçaqlanma hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon Kirən kənd sakini, 1994-cü il təvəllüdlü Elnur İsayev hələ ki, məlum olmayan səbəbdən sağ qolundan və kürəyindən bıçaqlanıb.
O, tanışları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti kafi qiymətləndirilir.
Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı araşdırılır.