2018-ci il iyunun 12-də gecə saatlarında Sumqayıt şəhərinin 41-ci məhəlləsində yerləşən “Bələdiyyə parkı”nda şəhər sakini Xəyal Abbasov aralarında yaranmış mübahisə zamanı tanışı, Neftçala rayon sakini Emil Nuriyevə mətbəx bıçağı ilə səkkiz zərbə vuraraq, onu qətlə yetirib.
Baku TV-nin xəbərinə görə, həmin gün polis əməkdaşları tərəfindən 76-cı məhəllədə yaşayan X.Abbasov saxlanılıb.
İstintaqla müəyyən edilib ki, iyunun 11-i axşamdan iyunun 12-si səhər saat 4-dək Xəyal Abbasov tanışı Emil Nuriyevlə “Bələdiyyə Parkı”nın qarşısındakı marketdən aldığı bir litr arağı, sonra aptekdən aldığı yarım litrlik tibbi spirti içiblər. Sərxoş olandan sonra E.Nuriyev dayanacaqda, yerdə uzanaraq səs-küy yaradıb.
X.Abbasov onu sakitləşdirmək üçün parka aparıb. Parkda E.Nuriyev onu söydüyü üçün, X.Abbasov onu qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən X.Abbasov 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Daha ətraflı Baku TV-nin videosüjetində: