Avqustun 24-də Xaçmaz rayon sakini Yazbahar Ağayeva bıçaqlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, Yazbahar Ağayeva aralarında yaranan mübahisə nəticəsində əri Cavid Ağayev tərəfindən bıçaqlanıb. Mübahisəyə səbəb qısqanclıq motivlərinin olduğu qeyd edilir.
Cavid Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.