Bakıda narkotik alveri ilə məşğul olan qadın yaxalanıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Daxil olan əməliyyat məlumatı əsasında Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları rayon ərazisində keçirdikləri əməliyyat zamanı Binəqədi rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə məhkum olunmuş, 1985-c il təvəllüdlü Firuzə Mənsimovanı saxlayıb.
Üzərinə baxış keçirilərkən ondan 0,213 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.