Bakıda bıçaqlanma hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Sadıqov Rəşad Aydın oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın ətrafının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.