Oğuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Pərvin Nəsrəddin oğlu Lətifov şəxsi münaqişə zəminində həmkəndlisi, 1990-cı il təvəllüdlü Röyal Ramiz oğlu Abdullayevə bıçaqla xəsarət yetirib.
30 yaşı Röyal Abdullayev Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən 28 yaşlı Pərvin Lətifov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.