Sumqayıtda 27 yaşlı gənc tanışını amansızlıqla qətlə yetirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:32 Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN  |     18:23 Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |     18:17 Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?  |     18:14 Azərbaycanda bir universitetin təmirinə 790 min manat sərf olunacaq  |     18:03 Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır  |     17:55 Tacikistanın şimalında zəlzələ oldu  |     17:47 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi  |     17:46 Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə şərti cəza verildi  |     17:41 Azərbaycanda bəzi kursantlara ödəniş ediləcək  |     16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |    

Sumqayıtda 27 yaşlı gənc tanışını amansızlıqla qətlə yetirdi

İyulun 17-də, saat 14 radələrində Sumqayıt şəhəri ərazisində 1992-ci il təvəllüdlü Kamal Əliyevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı 1993-cü il təvəllüdlü Elnur Əsədullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 336 18.07.20 14:07