Bakıda vətəndaşa qarşı küçədə quldurluq edilib.
Trend-in məlumatına görə, paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini T. Zeynalovu bıçaqla hədələyərək, 500 manat pulunu quldurluq yolu ilə talayıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Teymur Şahlıyev tutulub.
Faktla bağlı cinayət işi başlanıb.