Qazaxda ata və oğlu bıçaq xəsarəti alıblar.
APA-nın məlumatına görə, rayon sakinləri - 1988-ci il təvəllüdlü İsmayılov Rafiq Yaşar oğlu və onun atası, 1965-ci il təvəllüdlü İsmayılov Yaşar Musa oğlu üz və qol nahiyələrindən aldıqları bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, ata və oğul gəlin tərəfindən bıçaqlanıb. Belə ki, R.İsmayılovun həyat yoldaşı ərini və qayınatasını bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.