Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
1988-ci il təvəllüdlü İbrahimov Afiq Malik oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarnının ön divarında bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. A.İbrahimov cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
комментариев