Daxili İşlər Nazirliyi (DİN) Ağstafada baş verən qətllə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 14-də Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş T.Heydanov münaqişə zəminində qonşusu Hürriyyət Şəmilovu bıçaqla qətlə yetirib.
Polis və prokuqoqluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən T.Heydanov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb. Ağstafa rayon prokurorluğu tərəfindən araşdırma aparılır.