Bakıda narkotik alveri ilə məşğul olan şəxs yaxalanıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonunun ərazisində baş verib.
Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 221-ci (xuliqanlıq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş 1982-ci il təvəllüdlü Ramin Quliyev saxlanılıb.
Üzərinə baxış keçirilərkən ondan 110 qram heroin, 1 kiloqram 105 qram marixuana və 180 ədəd preqobalin narkotik həb aşkar edilib.
Faktla bağlı cinayət işinə başlanılıb.
комментариев