Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Məmmədov Ramin Tapdıq oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bel və budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib.
Məlumata görə, hadisə borc üstündə olub.