Bakı polisi ƏMƏLİYYAT KEÇİRDİ - “Azərpoçt”un vəzifəli xanım ƏMƏKDAŞLARI TUTULDU » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:33 DİQQƏT: Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər var - VİDEO  |     13:26 Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı  |     13:24 Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğulub  |     13:16 Serj Sarqsyanın diplomat kürəkəninin məhkəməsi başlayır  |     23:03 BakuBus-un içinə yağış yağır - VİDEO  |     22:39 Bu qurumlarda işçilərə “13-cü maaş” veriləcək  |     22:08 Ronaldunun dublu sayəsində "Ən-Nəsr" "Damak"ı məğlub etdi  |     21:47 Avropa Şurasının rəhbəri səlahiyyətlərini təhvil verdi  |     21:30 Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz edib  |     20:48 Bu bürclərin həyatı 180 dərəcə dəyişəcək - çox az qaldı  |     20:37 Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub  |     20:22 Tbilisidə etiraz aksiyası bərpa edilib  |     20:09 Zelenski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin edib  |     19:53 Masazırda ev uçdu - ölən və yaralananlar var - YENİLƏNİB  |     19:46 Əməkdar artist: "Həmin aparıcıları "blok"a atmışam" - VİDEO  |     19:23 “Rabitəbank” məhkəməyə müraciət etdi: bu ailənin mənzili əlindən alınır  |     19:13 Bu internet provayderləri ləğv olunur  |     19:01 502 hərbçinin nəşi Ukraynaya qaytarıldı  |     18:43 Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib  |     18:34 İstanbulda dördmərtəbəli bina çökdü  |    

Bakı polisi ƏMƏLİYYAT KEÇİRDİ - “Azərpoçt”un vəzifəli xanım ƏMƏKDAŞLARI TUTULDU

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC-də oğurluq hadisəsi ilə bağlı saxlanılanlar var.

Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçt şöbəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin şöbənin əməkdaşları - S.Ələkbərova, G.Tağıyeva və T.Vəliyeva müəyyən olunaraq tutulublar.

Faktla bağlı başlanmış cinayət işi üzrə şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə şirkətin Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçtunda qeydə alınıb. Belə ki, may ayında poçtda daxili audit yoxlaması zamanı 16 min ABŞ dolları (27 200 manat) və 28 min manat vəsaitin naməlum şəraitdə oğurlandığı üzə çıxıb. Daha sonra "Azərpoçt” bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.(report)
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 693 18.05.20 12:21