Gömrükdə insident: Narkotik qaçaqmalçıları sərhədçiyə xəsarət yetirdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:19 Suqovuşan su anbarına balıq körpələri buraxılıb  |     16:05 FHN azyaşlıları xilas etdi - VİDEO  |     15:53 Xaricdə təhsil alan neçə nəfərin diplomu tanınmayıb? - RƏSMİ AÇIQLAMA  |     15:51 Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb  |     15:38 Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək  |     15:35 Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO  |     15:18 Kəlbəcərdə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     15:04 Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO  |     15:03 Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib  |     15:01 Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA  |     14:29 Dilan Polat həbsxanada intihara cəhd edib  |     14:16 Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı  |     13:13 Sabah hava necə olacaq? - PROQNOZ  |     13:11 Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO  |     12:36 Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU  |     12:24 Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi  |     12:22 Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq  |     12:21 Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?  |     12:19 Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək  |     12:18 Dünya bazarında neft qiymətləri artıb  |    

Gömrükdə insident: Narkotik qaçaqmalçıları sərhədçiyə xəsarət yetirdi - FOTO

Mayın 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Qarakazımlı kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində iki nəfərin olduğu ağ rəngli VAZ-21011 markalı, 10-NF-619 dövlət nömrə nişanlı avtomobilin əra­ziyə yaxınlaşması, avtomo­bildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhəd naryadı tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Zamanov Daxil Möhbalı oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 10 qram heroinə oxşar narkotik vasitə aşkar olunaraq götürülüb.

D.Zamanovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobilin sürücüsü xidmətdə olan sərhəd naryadına avtomobil ilə xəsarət yetirərək hadisə yerin­dən uzaqlaşıb.

İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış şəxsin saxlanılması istiqa­mə­tində Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonunun ərazisində saxlanılıb.

Saxlanılan şəxsin 1987-ci il təvəllüdlü Süleymanov Vasif Fədail oğlu olması və əvvəllər narkotik vasitələrin istifa­dəsinə görə məhkum edilməsi müəyyənləşdiril­ib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 952 09.05.20 14:38