Bakıda qanunsuz silah gəzdirən şəxs saxlanılıb.
Sabunçu RPİ-nin Cinayət Axtarış Şöbəsi və Narkotiklə Mübarizə Bölməsi əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü R.Nuriyevin üzərində sandıqçasında beş ədəd patron olan “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.
Araşdırma zamanı onun əvvəllər Cinayət Məcəlləsinin (CM) 234, 237-ci maddələri üzrə məhkum edildiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.