Bakıda narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb.
Binəqədi RPİ-nin Cinayət-Axtarış Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Biləcəri qəsəbə sakini, 1974-cü il təvəllüdlü Q.Ağababayevdən 10 kq 220 qr marixuana aşkar olunaraq götürülüb.
Araşdırma zamanı məlum olub ki, Q.Ağababayev əvvəllər Cinayət Məcəlləsinin (CM) 177, 181, 234-cü maddələri üzrə məhkum edilib.
Faktla bağlı araşdırma aparılır.