Dövlət Təhlükəsizliyi Xidməti qaçaqmalçılıq yolu ilə İrandan külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycana keçirilməsinin qarşısının alınması üçün keçirilən əməliyyatın görüntülərini yayıb.
Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Azərbaycan vətəndaşı İsmayılov İsrafil Yuri oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və qaçaqmalçılığında şübhəli şəxs qismində saxlanılıb.
Onun idarə etdiyi motosikletə və üzərinə keçirilmiş baxış zamanı külli miqdarda narkotik vasitə - 15 kiloqram 346 qramdan artıq heroin və psixotrop maddə olan 962,1 qram metamfetamin aşkar edilərək götürülüb.
Həmin əməliyyatın görüntülərini təqdim edirik: