Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından istifadə edərək rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Elnur Rzayev barəsində olan hökmdən kassasiya şikayəti verib.
Təqsirləndirilən şəxs şikayətinin araşdırılması üçün Ali Məhkəməyə müraciət edib.
Şikayət hakim Hafiz Nəsibovun icraatına verilib.
AQTA ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində məlum olub ki, Rzayev Elnur Qadir oğlu və Vəliyev Səfər Məhəmməd oğlu əlbir olub cinayət əlaqəsinə girməklə, Bakıda və rayonlarda ərzaq mağazaları sahiblərinə özlərini AQTA-nın əməkdaşları kimi göstəriblər. Onlar mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək, pul alıblar.
E.Rzayev və S.Vəliyevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs altı il müddətinə azadlıqdan məhrum edilib.