Bakıda 33 yaşlı kişi bıçaqlanıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi, döngə 17, mənzil 11-in qarşısında qeydə alınıb.
Şəhər sakini, 1995-ci il təvəllüdlü Fariz Babaşov tanışı, 1987-ci il təvəllüdlü Ülvi Hüseynovu bıçaqlayaraq hadisə yerindən qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. F.Babaşovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.