Aprelin 24-də Bakının Sabunçu rayonunun Ramana Südçülük sovxozunun sakininə kürəyindən üç dəfə bıçaqla zərbə endiriblər.
Bu barədə Oxu.Az hüquq-mühafizə orqanlarına istinadla xəbər yayır.
Hadisə 21:40-da baş verib. 1988-ci il təvəllüdlü Samir Məmmədov qonşusu, 1989-cu il təvəllüdlü Elbrus İbrahimova üç bıçaq zərbəsi vurub. Zərərçəkən şəhər 3 saylı Klinik Xəstəxanasına çatdırılıb.
S.Məmmədov 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin təfərrüatı araşdırılır. İlkin məlumata görə, onların arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib.
* * * *
Bakıda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə ötən gün gecə saatlarında paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1988-ci il təvəllüdlü S.Məmmədov mübahisə zəminində tanışı, 1989-cu il təvəllüdlü E.İbrahimovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.