Azəbaycanda onlayn yolla narkotik satan şəxs tutuldu - VİDEO
Baş Narkotiklərlə Mübarizə İdarəsinə İrandan Azərbaycana narkotik vasitələrin keçirildiyi barədə məlumat daxil olub. Bildirilib ki, narkotiklər Tərlan adlı şəxs tərəfindən götürülərək, satış məqsədilə respublikanın müxtəlif bölgələrinə aparılacaq.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həmin şəxs, Lənkəran sakini Tərlan Əhədov Sumqayıt şəhəri ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 137,114 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq onun Sumqayıt şəhərində yerləşən evinə baxış zamanı 5 kiloqram 25 qram heroin, 800 ədəd metadon həbi, 365 qram tiryək, 89.482 qram metamfetamin, bir ədəd “Falcon sport” markalı tapança və ona aid yeddi ədəd patron aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Tərlan Əhədov İran vətəndaşı şəxsiyyəti istintaqa məlum olmayan Əli adlı şəxslə cinayət əlaqəsinə girərək, külli miqdarda narkotik vasitələrin Azərbaycana gətirilməsini təmin edib.
Həmin şəxslə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə əlaqə saxlayan T.Əhədov narkotik vasitələri əldə edəndən sonra İran vətəndaşının qeyd etdiyi yerlərə aparmalı olub.
Qeyd edək ki, Tərlan Əhədov bir neçə dəfə həmin şəxsin vasitəsilə bu yolla narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Tərlan Əhədov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!