Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb. 45 yaşlı Ceyhun Dadaşov naməlum şəxslərlə mübahisə zəminində bıçaq xəsarətləri alıb.
Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.