Kişi yetkinlik yaşına çatmayan qıza güclü narkotik vasitə verdikdən sonra onu zorlayıb.
Oxu.az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu ağır cinayət Bakının Sabunçu rayonunda törədilib.
Belə ki, 42 yaşlı Bakı sakini göstərilən bölgənin 13-cü Polis Bölməsinə müraciət edərək, Kamran adlı gəncin onun 15 yaşlı qızını zorladığını bildirib. Dəhşətli hadisə fevralın 15-də baş verib.
Zərərçəkən tərəfin dediyinə görə, kişi təcavüzdən əvvəl qurbanını heroin qəbul etməyə məcbur edib.
Yeniyetmə başına gələnləri bir neçə gün sonra anasına xəbər verə bilib.
Əməliyyat-istintaq tədbirləri nəticəsində polis şübhəli şəxsi saxlayıb. Məlum olub ki, bu Ağdam rayon sakini, 1999-cu il təvəllüdlü Kamran Baxşıyevdir.
Əməliyyatçılar tərəfindən saxlanılarkən onun üzərindən şəxsi istehlak üçün nəzərdə tutulmuş 0,406 qram heroin aşkarlanaraq müsadirə edilib.
Rayon prokurorluğu “zorlama” və “narkotik maddə saxlama” faktları ilə əlaqədar cinayət işi açıb.