Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Xəyyam Rəsulovun cinayət işi üzrə məhkəmə başlayır.
Artıq iş üzrə ibtidai istintaq başa çatıb və iş araşdırılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq. İttihama görə, Ağdaş rayon sakini Xəyyam Rəsulov rayon ərazisində 15 yaşlı Səbinə Babayeva (ad və soyad şərti verilib – red.) ilə cinsi əlaqədə olub.
Xəyyam Rəsulovun Səbinə ilə öz istəyi əsasında cinsi əlaqəyə girdiyi məlum olub. Daha sonra bu hadisədən Səbinənin valdeynləri xəbər tutub.
Onlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. İstintaq orqanı tərəfindən Xəyyam Rəsulovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.