Xəzər rayonunda iki bıçaqlanma hadisəsi baş verib.
Hadisələrdən biri Südçülük sovxozunda qeydə alınıb.
1995-ci il təvəllüdlü Sadıqov Cavid Sevindik oğlu naməlum şəxslərlə mübahisə edib.
Əlbəyəxa davaya çevrilən mübahisə zamanı C.Sadıqov qarın nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.
Digər hadisə isə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb.
Massivdə mühafizəçi işləyən 1980-ci il təvəllüdlü Qayıbov Pənah Şükür oğlu tanımadığı şəxslərlə mübahisə zamanı bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.
Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulan P.Qayıbov reanimasiya şöbəsinə yerləşdirilib.
Hər iki hadisənin təfərrüatı ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
/oxu.az/