Bakıda sevgisinə qarşılıq ala bilməyən oğlan 22 yaşlı qıza yeddi bıçaq zərbəsi vurub.
Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə fevralın 11-i gecə saat 23:30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində baş verib.
Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü A.Z.-yə yeddi bıçaq zərbəsi vurub. A.Z. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, A.Hüseynov tanışı olan A.-ya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək, sevgili olmaqdan imtina edib. Bundan qəzəblənən Afiq sevdiyi qıza yeddi bıçaq zərbəsi vurub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.