Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulan 1999-cu il təvəllüdlü Faiq İsgəndərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
F.İsgəndərov fevralın 10-da saat 10:00 radələrində Qızılhacılı qəsəbəsində qətlə yetirilib.
Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilib. Bu, qətlə yetirilən şəxsin qonşusu 1994-cü il təvəllüdlü Kamran Məmmədovdur. Əməliyyatçılar K.Məmmədovu hadisədən bir neçə saat sonra Gəncə şəhərində saxlayıblar.
Məlum olub ki, F.İsgəndərov Rusiyada yaşayıb və tərəvəz bazarında işləyib. O, Goranboy rayonuna valideynlərinə baş çəkmək üçün gəlib.
İlkin məlumata görə, iki gənc arasında məişət zəminində münaqişə baş verib.
Qəsdən adam öldürmə faktı ilə əlaqədar cinayət işi açılıb, istintaq davam etdirilir.