Bakıda qətl törədən şəxs polis əməkdaşlarına təslim olub.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, hadisə “Memar Əcəmi” metrostansiyası yaxınlığında, Hüseynbala Əliyev küçəsi 12-ci bina ətrafında baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Cəfərov Sahib Ələkbər oğlu bacısı, 1967-ci il təvəllüdlü Cəfərova Tovuz Ələkbər qızını qətlə yetirib.
Zəngilan rayonunda qeydiyyatda olan S.Cəfərov bacısının boğaz nahiyəsini ülgüclə kəsərək öldürüb.
Hadisədən sonra o, Nəsimi rayon 19-cu Polis Bölməsinə gələrək təslim olub.
S.Cəfərov qətldə istifadə etdiyi ülgücü polis əməkdaşlarına təhvil verib.
Faktla bağlı araşdırmalar davam edir.