İnterpol azərbaycanlı qadın barədə axtarış elan edib.
Median.Az Trend-ə istinadən xəbər verir ki, 1989-cu ildə Bakıda anadan olan Elvira Mirzəxanova terror təşkilatının fəaliyyətində iştirakda təqsirləndirilir. Rusiya vətəndaşı olan azərbaycanlı qadın barədə cinayət işi başlansa da, o istintaqdan yayınıb.
Məhkəmə qərarı ilə E.Mirzəxanova barəsində həbs qətimkan tədbiri seçilib. İnterpol həmin qərar əsasında axtarış elan edib.