Bakıda əcnəbi vətəndaşlar qarət olunub.
Hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, M.İbrahimov küçəsi 5 ünvanında yerləşən “Prestij” hostelində Səudiyyə Ərəbistanı vətəndaşları olan turistlər - 1998-ci il təvəllüdlü Alnekhian Mohammed Khlidin 1000 manatı və 1993-cü il təvəllüdlü Albishi Mübarək Saccidin 450 manatı oğurlanıb.
Onlar polisə müraciət edərək bildirib ki, pulları onlara qonaq gəlmiş Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Mehrəliyeva Kimyaxanım Qulu qızı və Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Ağayeva Xəyalə Qalib qızı oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/