Bakıda sənədsiz silah saxlayan şəxs tutulub.
Həmin şəxs Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər Cinayət Məcəlləsinin 177, 180, 213 və 234-cü maddələri ilə məhkum olunmuş, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Ramil Həsənovdan sandığında 7 ədəd patronu ilə birlikdə "Makarov" tipli tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/