Bakıda narkotik maddələrin satışı ilə məşğul olan “məhbəs dostlar”ı saxlanıldı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Bakıda narkotik maddələrin satışı ilə məşğul olan “məhbəs dostlar”ı saxlanıldı - FOTO

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş Fuad Dursnar üzrində narkotik vasitələr saxlamaqda şübhəli bilindiyi üçün tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 14,482 qram narkotik vasitə olan heroin və 0,075 qram psixotrop maddə metamfetamin aşkar olunar göütürülüb. F.Dursnarın ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, o narkotik vasitələri çəzaçəkmə müəssisəsində tanış olduğu Faiq adlı şəxslər 300 manata alıb.

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs, Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş, Faiq Qarayev Abşeron rayonu Xırdalan şəhərində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən ümumi çəkisi 350,652 qram narkotik vasitə heroin və 243,436 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. F.Qarayev narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları bir müddət əvvəl şəxsiyyəti istintaqa məlum olmayan “Mürşüd” adlı şəxsdən əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər iki barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 694 11.01.20 17:08