Rusiyanın Sankt-Peterburq şəhərində üç azərbaycanlı saxlanılıb.
“Moyke78” xəbər verir ki, tutulanların qardaş olduğu və taksi sürücüsünə hücum etdiyi bildirilib.
Məlumatlara görə, hadisə yanvarın 9-u Sofiysk küçəsində baş verib. Qardaşlar sifariş etdiyi taksi sürücüsünə təzyiq göstərərək, 15 min rubl (415 AZN - red.) pulunu, mobil telefonunu, sənədlərini və iki bank kartını götürdükdən sonra hadisə yerindən qaçıblar.
Qeyd edilib ki, saxlanılan şəxslərdən birinin 26 yaşı var, digər ikisi isə 18 yaşlı əkizlərdir.
Faktla bağlı cinayət işi başlanıb.