Median.Az xəbər verir ki, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evdən 20.000 manat oğurlayan Bakı şəhər sakini Ə.Heydərov saxlanılıb.
Cinayətdə iştirak edən əvvəllər məhkum olunmuş daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.
Qaradağ RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.