Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Nərimanlı dekabrın 8-də paytaxtın Q.Qarayev prospektində 3 nəfərin onu döyüb mobil telefonunu aldığını bildirib.
Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini C.Həmidli saxlanılıb.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.