Tərtərdə baş verən qanlı cinayətdə günahlandırılan iki nəfər saxlanılıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Dekabrın 9-u Səməd Vurğun küçəsində 32 yaşlı Mənsur Oqtay oğlu Behbudov ov silahı ilə yaralanıb. Cinayətkar onu ağzından güllə ilə vurub.
Yaralı əvvəl Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Gəncədə özəl klinikaya yerləşdirilib.
Onun vəziyyəti stabil ağır olaraq qalır.
Əldə olunan məlumata görə, dekabrın 10-u axşam Bakıda cinayət törətdikdən sonra gizləndikləri təxmin edilən iki kişi saxlanılıb.
Hələlik, hadisənin mübahisə zəminində baş verdiyi məlumdur.
Atəş yaxın məsafədən açılıb.
Hadisə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120-ci maddəsi ilə adam öldürməyə cəhd kimi qiymətləndirilib.