Median.Az xəbər verir ki, dekabrın 9-u gecə saat 1 radələrində Nizami rayonu ərazisindən, Bakı şəhər sakini Ramal Kazımovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 25-ci polis şöbəsinə məlumat daxil olub.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Səfərov saxlanılıb.
Nizami rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.