Median.Az xəbər verir ki, dekabrın 7-də Bakı şəhər sakini E.Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı A.Qırxlarovanın evinə gələrək, ona və qardaşına bıçaqla xəsarət yetirməsi barədə Binəqədi RPİ 7-ci polis bölməsinə məlumat daxil olub.
Zərərçəkmişlər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Bakı ş. Baş Polis İdarəsi (BPİ) və 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qırxlarov saxlanılıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.