Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin sentyabr-noyabr ayları ərzində Bakı şəhər sakinləri olan 8 nəfərə qarşı dələduzluq edən paytaxt sakini, əvvəllər məhkum olunmuş A.İsgəndərli saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.