Median.Az xəbər verir ki, DİN-in “102” Zəng Mərkəzinə Naxçıvani küçəsində “KİA” markalı avtomobilin sürücüsünün bir qadını döyərək, avtomobilə oturub getməsi barədə müraciət daxil olub.
Binəqədi RPİ 5-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb və həmin qadının Abşeron rayon sakini Ş.Rzayeva, onu döyən şəxsin isə Bakı şəhər sakini E.Əliyev olması müəyyən edilib.
E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.