Median.Az xəbər verir ki, Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də rayon ərazisindəki evdən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hüseynov saxlanılıb.
Cinayətdə iştirak etmiş daha bir nəfərin şəxsiyyəti müəyyən edilib və axtarışı aparılır.
Bundan başqa, Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları tərəfindən dekabrın 2-də rayon ərazisindəki evdən 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlayan Bakı şəhər sakini H.Məmmədov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işlərii başlanılıb.
комментариев