Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) əməkdaşlarının Abşeron rayonunda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Səmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin və metamfetamin, yaşadığı isə evdən əlavə olaraq 53 qrama yaxın heroin, 52 qram metamfetamin və elektron
tərəzi aşkar edilib.
Narkotik vasitəni ona satan şəxs də müəyyən edilib və keçirilmiş tədbirlərlə Cəlilabad rayon sakini H.Əliyev saxlanılıb, ondan 50 qramdan artıq heroin götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
-