Median.Az xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Paşayev, noyabrın 21-i saat 23 radələrində rayon ərazisindəki kafedə onu döyən şəxsin mobil telefonunu aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qazax rayon sakini A.Quliyev saxlanılıb.
Faktla bağlı CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.