Median.Az xəbər verir ki, Binəqədi RPİ 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Binəqədi qəsəbəsində, qəsəbə sakini M.Əliyevanın, içərisində 235 manatı olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən Bakı şəhər sakini R.Məmmədov saxlanılıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.